Fərid Qayıbov qurum rəhbərləriylə görüşdü

Fərid Qayıbov qurum rəhbərləriylə görüşdü
Digər
06 İyul 2022 - 11:33
Supersport.Az-ın məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov iyulun 5-də ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatlarının rəhbərləri ilə görüşüb.

Əvvəlcə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli təşkilatın fəaliyyəti haqqında, həyata keçirilən və eləcə də icra ediləcək layihələr barədə məlumat verib. Təşkilatın təhsil müəssisələrindəki rəhbərlərinin təklifləri dinlənilib, tələbələrlə işin gücləndirilməsi və qarşıya çıxan məsələlər barədə müzakirələr aparılıb.

Gənclərin iştirakçılığı, tələbə həyatı, beynəlxalq təşkilatlarla iş, təlimlər, asudə vaxtın təşkili, gənclər arasında elm və texnologiya istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə nazir müavini İndira Hacıyeva və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.

Digər xəbərlər