Supersport.Az-ın Avropa təmsilçisi Vüsal Şirəliyev, 813 kilometr məsafə qət edərək Almaniyadan Çempionlar Liqasında “Qarabağ”ın “Lex”lə oyununu izləməyə gələn azarkeş Seymur Həşimovdan Polşanın Poznan şəhərində müsahibə alıb.
Azərbaycan klubunun fanatı doğma komandasının qələbə qazanacağına inandığını, bildirib. Onun fikrincə, “Qarabağ” “Lex”i 2:1 hesabıyla məğlub edəcək.
Azarkeş, Ağdam klubunun Polşa təmsilçisini mübarizədən kənarlaşdıracağını, növbəti mərhələdə “Sürix”ə rəqib olacağını düşünür.
Vüsal Şirəliyev, Poznan