Avropa turnirində Azərbaycan birinci oldu

Avropa turnirində Azərbaycan birinci oldu
Digər, Cüdo
03 İyul 2022 - 19:49

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın böyüklərdən ibarət cüdo milli komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.






Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirinin son günündə -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib olub.



İki günün nəticəsinə görə millimiz Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb.

Yarışda 32 ölkənin idmançıları iştirak edib və Azərbaycan millisi birinci yeri tutub.




Qeyd edək ki, turnirin ilk gününündə Nazir Talıbov (-60 kq) və Telman Vəliyev (-73 kq) qızıl, Rəşad Yelkiyev (-60 kq), Ruslan Paşayev (-66 kq) və Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanıblar.

Digər xəbərlər