İdman Jurnalistləri qurumu adını dəyişdi, yeni prezident seçildi

İdman Jurnalistləri qurumu adını dəyişdi, yeni prezident seçildi
Digər
02 İyul 2022 - 16:10
Supersport.Az-ın məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Federasiyası təsisçi üzvlərin və İdarə Heyətinin birgə iclası keçirilib. Toplantıda 2 iyul Beynəlxalq İdman Jurnaslitləri günü münasibəti ilə qurumun üzvləri təbrik olunub. Onlara fəaliyyətlərində uğurlar arzulanıb. İclasın gündəliyinə 4 məsələ daxil edilib:

1. Qurumun adının dəyişdirilməsi;
2. Yeni üzvlərin qəbulu;
3. İdarə heyətinə yeni üzvlərin qəbulu;
4. AİJF prezidentinin seçkisi.

Səsvermə nəticəsində qərara alınıb ki, bundan sonra qurum Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi adlandırılsın və müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin. Həmçinin idarə heyəti üzvlərinin sayı 11-ə yüksəldilib.
Səsvermə ilə Şəmsəddin Abbasov (CBC Sport), Azər İsmayıl (ARB24 TV), Kənan Hakimov (İTV), Vüqar Nəzərov (İdman TV), Elmir Əliyev (haqqın.az), Ayan Nəcəf (ARDNF-nin Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri) və Ülkər Abbasova (ACF-nin mətbuat katibi) qurumun İdarə Heyətinin yeni üzvləri seçiliblər. Firuz Abdulla təşkilatın vitse-prezidenti, Elşən Məmmədov (report.az), Sənan Şəfizadə (ATV) və Vüqar Zeynalov (azerisport.com) isə idarə heyətinin üzvü kimi fəaliyyətlərini davam etdirəcəklər. Bildirilib ki, qurumun iki illik fəaliyyəti kifayət qədər qənaətbəxşdir. Təşkilatlanma dövrü pandemiya dönəminə düşsə də, bir sıra vacib işlər görülüb və ənənə bundan sonra da davam etməlidir. Eyni zamanda qurumun eks prezidenti Qabil Mehdiyev üzvlərlə görüşərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Ardınca idarə heyətinin qapalı iclası keçirilib. Təşkilatın İdarə Heyətinin yekdil qərarı ilə ARB24 televiziyasının əməkdaşı Azər İsmayıl qurumun yeni prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin daha əvvəl keçirilən iclasında qurumun prezidenti Qabil Mehdiyevin, vitse-prezident Mahir Rüstəmlinin, İdarə Heyətinin üzvləri Cəmaləddin Rəhmanov, Fərid Mansurov və Ellada Mustafayevanın istefaları səsvermə ilə qəbul edilib.

Digər xəbərlər