Azərbaycan Avropa çempionatının yarımfinalında - Foto

Azərbaycan Avropa çempionatının yarımfinalında - Foto
Digər, Basketbol
01 İyul 2022 - 23:00
Supersport.Az-ın məlumatına görə, basketbol üzrə milli komandamız Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Kiçik ölkələr arasında keçirilən yarışda yığmamız 1/4 final mərhələsində San Marino seçməsi ilə qarşılaşıb. Azərbaycan millisi 68-51 hesabıyla qələbə əldə edib. Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla yığmamızın kapitanı Amil Həmzəyev seçilib.

Qeyd edək ki, millimiz bu qələbədən sonra adını turnirin 1/2 final mərhələsinə yazdırıb. Yarımfinalda Azərbaycanın rəqibi Malta komandası olacaq. Oyun 2 iyul tarixində Bakı vaxtı ilə saat 18.15-də başlayacaq.

Digər xəbərlər