"Qarabağ" almanlarla oyunda qələbəni qaçırdı - Video

"Qarabağ" almanlarla oyunda qələbəni qaçırdı - Video
Futbol, Video
29 İyun 2022 - 16:00
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" bu gün Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə qollu heç-heçəylə kifayətlənib. Oyunun ilk hissəsində Ağdam təmsilçisi Ramil Şeydayevin qolları ilə hesabda öndə olub. Fasilədən sonra rəqib iki qol vuraraq hesabı bərabərləşdirib. Oyun 2:2 yekunlaşıb.


29 iyun

Yoxlama oyunları

14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya) - 2:2 

Qollar: Ramil Şeydayev, 29 (1:0), 44-pen.(2:0), Philipp Sander  56 (2:1), Otschi Wriedt, 76-pen.

"Qarabağ"ın start heyəti: Luka Quqeşvili, Rahil Məmmədov, Marko Yankoviç, Ovusu Kvabena, Leandro Andrade, İsmayıl İbrahimli, Toral Bayramov, Musa Qurbanlı, Abbas Hüseynov, Bədavi Hüseynov, Ramil Şeydayev

Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.

Digər xəbərlər