Mahir Emreli "Dinamo"da qolların sayını artırdı - Video

Mahir Emreli "Dinamo"da qolların sayını artırdı - Video
Futbol, Video
29 İyun 2022 - 11:23
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) yoxlama oyununda Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşıb. Xorvatiya çempionu 3:0 hesablı qələbə qazanıb.

Mahir də Sloveniyadakı görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.

28 iyun

Yoxlama oyunu

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Nafta" (Sloveniya) - 3:0

Qollar: Andriç Komnen, 41, Roberto Lyubiçiç, 68, Mahir Emreli, 83


 

Xatırladaq ki, Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib.  Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli həmin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.

Digər xəbərlər