Eksklüziv: "Qarabağ"da daha bir legionerlə ayrılıq

Eksklüziv: "Qarabağ"da daha bir legionerlə ayrılıq
Futbol, Eksklüziv
20 İyun 2022 - 00:38
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" klubu daha bir əcnəbi futbolçuyla vidalaşmağa qərar verib. Bir müddət əvvəl 31 yaşlı ispan oyunçu Xayme Romeroyla müqaviləni artırmayan Ağdam komandası bu dəfə Patrik Andradeylə yolları ayırıb.

Məsələ burasındadır ki, tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər. Kabo-verdeli Patrik Andrade “Qarabağ”da ilinə 300 min avro maaş alırdı. O, 2020-ci ilin avqustunda 3 (2+1) illik müqavilə bağlamışdı. Bu il iyunun sonunda müqaviləsi başa çatacaq 29 yaşlı futbolçu maaşının 600 min avroya artırılmasını istəyib. Tərəflər maliyyə məsələsində razılığa gələ bilmədiyindən yeni müqavilə imzalamaq baş tutmayıb. Futbolçuyla "Legiya" və başqa klublar maraqlanırdı.

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir müddət əvvəl jurnalistlərlə söhbətində futbolçunun çox maaş istəməsi ilə bağlı istəyinə belə cavab verib: "Hər bir futbolçu öz oyununu yaxşılaşdırdığı kimi, yaşam tərzini də yaxşılaşdırmaq istəyir. Ona görə də bu məsələyə normal yanaşıram. Ola bilər ki, daha çox üzdə olub, təklifləri çoxdur. Belə düşüncəsi ola bilər. Hər halda burada qlobal problem görmürəm. Hər zaman çalışırıq ki, kim nəyə layiqdirsə ona qarşılığını verək. Neçə illərdir bu işin içindəyəm və siz deyən məsələyə pis baxmıram".

 

Digər xəbərlər