“Qarabağ”ın 2-ci mərhələdəki mümkün rəqibi müəyyənləşdi

Futbol
15 İyun 2022 - 14:20
Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Supersport.Az xəbər verir ki, saat 14:00-da başlayan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
Ağdam klubu 1-ci təsnifat mərhələsində Polşa "Lex"ini keçsə, növbəti raundda İsveçrənin “Sürix" klubu ilə üz-üzə gələcək. Bu duel gerçəkləşsə, ilk oyun Bakıda olacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.