Avropada seçilən qolkiper Davud Kərimi: "Azərbaycan üçün oynayırdıq, pula görə yox" - Video

Avropada seçilən qolkiper Davud Kərimi: "Azərbaycan üçün oynayırdıq, pula görə yox" - Video
Futbol, Eksklüziv, Video
14 İyun 2022 - 00:01
Supersport.Az-a müsahibəsində mini-futbol üzrə Avropa çempionu, qitənin ən yaxşı qolkiperi seçilən Davud Kərimi maraqlı fikir bildirib.

"Azərbaycanı düşünürdük, bayrağımızı yüksəyə qaldırmaq üçün oynayırdıq, pula görə yox" deyən təcrübəli qapıçı, əvvəlcədən çempion olmağa ümid etdiklərini, döyüşkənlik, inam sayəsində bu arzuya çatdıqlarından özlərini xoşbəxt hesab saydıqlarını bildirib.

Qolkiper, ən çətin oyunların güclü azarkeş təzyiqiylə üzləşdikləri slovaklar və finalda rumınlarla matçda olduğunu qeyd edib.

Avropa çempionu, milli komandanın gələn il keçiriləcək dünya çempionatında da birinci yer üçün mübarizə aparacağını söyləyib.

Digər xəbərlər