"Qarabağ" finala çıxdı, "Sabah" dava saldı

"Qarabağ" finala çıxdı, "Sabah" dava saldı
Futbol, Eksklüziv
13 İyun 2022 - 22:25
Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA-nın təşkil etdiyi uşaq liqaları qalmaqalla ad çıxarıb.

İyunun 11-də "Neftçi"nin keçmiş bazasında keçirilən "Sabah" - "Qarabag" oyunu davayla yadda qalıb. İlk matçda 4:4 hesabıyla kifayətlənən Ağdam klubu yarımfinalın cavab qarşılaşmasında 4:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Lakin "Sabah" məğlubiyyəti həzm etmək istəməyib. Paytaxt komandasında çıxış edən futbolçuların valideynlərindən bəziləri oyunun gedişində hakim Rəsul Babayevin ünvanına təhqiramiz ifadələr işlədiblər, qarşılaşmadan sonra isə referini döyməyə cəhd ediblər. "Qarabağ"ın oyunçularının valideynləri aranı sakitləşdirmək istəyərkən "Sabah"ın üzvlərinin valideynlərinin mənfi reaksiyasıyla üzləşiblər, nəticədə böyük qalmaqal baş verib.

Digər xəbərlər