"Qarabağ"ın legioneri özünü hazır sayır

"Qarabağ"ın legioneri özünü hazır sayır
Futbol
08 İyun 2022 - 17:07
"Hazırda yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm".

Supersport.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges klubun rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi istirahət etmək üçün çox vaxtlarının olmadığını bildirib:

"Az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən, istirahətimizin bir hissəsini Azərbaycanda keçirdik. Daha sonra 5 günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq".

Qeyd edək ki, "Qarabağ" yeni mövsümün hazırlıqlarına iyunun 9-da Bakıda start verəcək. Ölkə çempionu iyunun 20-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.

Digər xəbərlər