"Qurban Qurbanovun qazancını ölkəmizə də xərcləməsi sevindiricidir" - Video

"Qurban Qurbanovun qazancını ölkəmizə də xərcləməsi sevindiricidir" - Video
Futbol, Video
19 May 2022 - 19:11
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın prezidenti Tahir Gözəl baş məşqçisi Qurban Qurbanova məxsus "My Class" Fitness & Spa mərkəzi ilə tanış olduqdan sonra fikirlərini bölüşüb.

Klub rəhbəri, məkanı çox bəyəndiyini deyib:

"Buranın açılışında gələ bilməmişdim. Çox sevinirəm ki, "Qarabağ"dan qazandığı pulları, imkanları təzədən ölkəmizə, Vətənimizə ciddi şəkildə yatırım edərək, çox gözəl yer düzəldiblər.

Qurban Qurbanovu təbrik edirəm, çox gözəl yer düzəldiblər. Qurban müəllimin bütün həyatı idman və sağlamlıqla keçib. Bakıda idman salonu, sauna və hamamı olan məkan görə bilərsiniz. Amma hamısının birlikdə olduğu kompleks məkanlar çox nadirdir. Bura çox zəhmət çəkilib. Mən inşaatla məşğul olduğuma görə bunu yaxşı başa düşürəm. Ən önəmlisi odur ki, burada gözəl infrastruktur var, çox faydalı olacaq. Havalandırma, isitmə sistemi, suyun təmizliyi əladır".

T.Gözəl hesab edir ki, mərkəz beynəlxalq standartlara cavab verir:

"Çox bəyəndim. Hamımız müasir dövrdə böyük streslərə düçar oluruq. İnsan isə sağlamlığına çox diqqət yetirməlidir. Hesab edirəm ki, bu cür yerlər insanlara yeni mədəniyyət və anlayış gətirir. Burada çox gözəl VİP zallar və otaqlar gördüm. Qurban Qurbanovu dəstəkləyirəm, onunla fəxr edirəm. "Qarabağ" bir ailədir. Qurban müəllimə xeyirli olsun deyirəm. Çox sevindim".

Digər xəbərlər