AFFA "Araz Naxçıvan"ı cəzalandırdı, "Xan Lənkəran" finala çıxdı

AFFA "Araz Naxçıvan"ı cəzalandırdı, "Xan Lənkəran" finala çıxdı
Futbol
18 May 2022 - 17:13
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Araz Naxçıvan"ı cəzalandırıb.

Supersport.Az xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında qərar verilib. 15.05.2022-ci il tarixində Region Liqasının yarımfinalında “Xan Lənkəran”la oyundan sonra aparılmış araşdırmalar zamanı “Araz-Naxçıvan”ın heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun 2021/22 mövsümü ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. “Araz-Naxçıvan” komandasının heyətində bu mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Araz Naxçıvan" yarımfinalda "Xan Lənkaran"a 2:1 hesabı ilə qalib gəlmişdi. Lakin klub texniki məğlubiyyət aldığı üçün finalda "Xan Lənkəran" "Cəbrayıl"la üz-üzə gələcək.

Qeyd edək ki, mayın 20-də Şamaxıda keçiriləcək final matçı saat 16:00-da başlayacaq. Turnirin qalibi isə iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda mübarizə aparacaq.

Digər xəbərlər