Abdulbari Gözəl: "Qarabağ" artıq azad Qarabağı təmsil edir" - Video

Abdulbari Gözəl: "Qarabağ" artıq azad Qarabağı təmsil edir" - Video
Futbol, Eksklüziv, Video
17 May 2022 - 16:13


"Qarabağ" Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.

Supersport.Az xəbər verir ki, "Dreamland"də ("Xəyal adası") təşkil olunmuş mərasimə klubun fəxri prezidenti və sahibi Abdolbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və jurnalistlər qatılıb.

"Qarabağ"ın fəxri-prezident Abdolbari Gözəl ilk fikirlərini bölüşərək artıq azad Qarabağı təmsil etdiklərini bildirib:


"Bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi".

A.Gözəl deyib ki, vaxtilə böyük məsuliyyətin ona verildiyinin şahidi olub:

"Bir müəssisədə düzgünlük yoxdursa, uğur da olmaz. Qurban Qurbanov da saf niyyətlə "Qarabağ"ı çempion etdi. Çox xoşbəxtəm, futbolçulara salam deyirəm. Bizə çox gözəl günləri yaşadan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm".

Bunun ardından "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun sahibinə 19 nömrəli forma hədiyyə edib. T. Gözəlin özünə isə komanda üzvlərinin imzaları olan forma hədiyyə olunub.

Tədbir "Qarabağ" formasını geyinmiş musiqi qrupunun çıxışı ilə davam edib.

Ardınca Çempionlar Liqası himninin sədaları altında üzərində "Qarabağ" - çempion" yazılmış tort bütün komanda üzvlərinin iştirakı ilə kəsilib.

Digər xəbərlər