"Zirə"ylə "Qəbələ" avrokuboklarda

"Zirə"ylə "Qəbələ" avrokuboklarda
Futbol
15 May 2022 - 18:59
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, ölkə çempionu “Qarabağ” “Səbail”i səfərdə məğlub edib. Turun mərkəzi görüşü isə Zirədə keçirilib. Belə ki, ikinciliyi təmin edən “Neftçi” avrokuboklar uğrunda mübarizə aparan “Zirə”nin qonağı olub. Ev sahibləri qələbə qazanaraq avrokuboklara vəsiqəni təmin edib.

Konfrans Liqası uğrunda mübarizə aparan digər komandalardan “Qəbələ” isə “Şamaxı”nın qonağı olub. Elmar Baxşıyevin baş məşqçisi olduğu Qəbələ təmsilçisi də qələbə qazanaraq avrokuboklara vəsiqəni təmin etmiş olub. “Sabah” isə “Sumqayıt”ı məğlub edə bilməyib.

“Səbail” – “Qarabağ” 0:3 

Qollar: Rauf Hüseynli, 70, Musa Qurbanlı 87, Ramil Şeydayev 90+1

“ASCO Arena”

Baş hakim: Vüqar Həsənli

“Zirə” – “Neftçi” 1:0 

Qol: Ramin Əhmədov, 80

Zirə İdman Kompleksinin stadionu

Baş hakim: Rauf Cabbarov

“Şamaxı” – “Qəbələ” 0:1 

Qol: Səfərov, 25

Şamaxı şəhər stadionu

Baş hakim: Elçin Musayev

“Sabah” – “Sumqayıt” 2:2


Qollar: Sebalyos, 90+5, Kaşuk 90+6 - Vurğun Hüseynov, 56, Rəhim Sadıqov 83

Qırmızı vərəqə: Amin Seydiyev 53

Baş hakim: Rəşad Əhmədov











  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Qarabağ27206168-1266
2Neftçi27155741-2750
3Zirə27137733-2746
4Qəbələ27128737-3344
5Sabah271241141-3340
6Şamaxı27561625-4921
7Sumqayıt27471617-4619
8Səbail27432017-5215






Bombardirlər:

Filip Ozobiç ("Qarabağ") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 11 qol
Kadi Borqes ("Qarabağ") - 11 qol
Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol

Tiaqo Bezerra ("Neftçi") - 10 qol


Digər xəbərlər