"Neftçi"nin baş məşqçisi Samir Abbasov: "İstefa tələbini boş verin" - Video

"Neftçi"nin baş məşqçisi Samir Abbasov: "İstefa tələbini boş verin" - Video
Futbol, Video
10 May 2022 - 19:00
Supersport.Az Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"nin məğlub etdiyi "Neftçi"nin baş məşqçisi Samir Abasovun azarkeşlərin istefa tələbinə reaksiya verdiyi məqamın videogörüntüsünü təqdim edir.

Mütəxəssis, klub fanatlarının həyatda mövqeyi olmayan insanlar olduğunu, rəhbərliyin qərarıyla vəzifəyə gətirildiyini bildirib.

"Həmin adamlar ötən mövsüm yanımızda fırlanır, bizi göyə atıb tuturdular. İstefa tələbi boş şeydir. Məni bura azarkeş yox, klub rəhbərliyi gətirib. Komanda rəsmilərinin verəcəyi qərara hörmətlə yanaşacağam. Xatırlamıram ki, azarkeş nəyisə həll etsin. Bunu boş verin getsin".

Digər xəbərlər