Boks Federasiyasında yeni təyinatlar

Boks Federasiyasında yeni təyinatlar
Digər, Boks
07 May 2022 - 18:49
Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.

Supersport.Az ABF-nin saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan milli komandalarının məşqçilər korpusu və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.

İdarə Heyətinin qərarına əsasən, kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək və məsuliyyət daşıyacaq. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev və Ceyhun Abiyev çalışacaq.

Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin edilib.

Yeniyetmələrdən ibarət milli komanda Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası Məmmədov və Teymur Məmmədov yer alacaqlar.

Federasiyanın tərkibində yeni formalaşan Veteran və Çempionlar Komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər Komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.

Digər xəbərlər