Azərbaycan yığması çempion ispanlarla oyunda qələbəni qoruya bilmədi - Video

Azərbaycan yığması çempion ispanlarla oyunda qələbəni qoruya bilmədi - Video
Futzal, Futbol, Video
27 Yanvar 2022 - 01:43
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən qitə çempionatında bu gün ikinci oyununda ikiqat dünya, yeddiqat Avropa çempionu İspaniya seçməsi ilə qarşılaşıb. Millimiz iki dəfə hesabda irəli çıxsa da, sonda heç-heçəylə kifayətlənib. Azərbaycan yığması İspaniya ilə 6-cı matçında ilk dəfə xal qazanıb.


"D" qrupunun digər oyununda debütant Gürcüstan Bosniya və Herseqovina yığmasını 2:1 məğlub edərək növbəti mərhələyə adlayıb.

İlk turda Joze Alesionun rəhbərlik etdiyi millimiz gürcülərə 2:3 hesabıyla uduzmuşdu. İspanlar isə Bosniya və Herseqovinanı darmadağın etmişdi - 5:1.

Avropa çempionatı

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan 2-2

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. Həmin gün həm də İspaniya ilə Gürcüstan yığmaları üz-üzə gələcək.

Digər xəbərlər