"Bu, Mahir Emrelinin günahı deyil"

"Bu, Mahir Emrelinin günahı deyil"
Futbol
17 Yanvar 2022 - 23:39
"Legiya"nın idman direktoru Yatçek Zelinski Azərbaycan millisinin forvardı Mahir Emreli ilə yaranan problem barədə açıqlama verib.

Supersport.Az xəbər verir ki, Varşava klubunun rəsmisi məsələ haqda bu cür danışıb:

"Bu, Emrelinin günahı deyil. Çox güman ki, ətrafı ona çox pis təsir edir. O, bizim oyunçumuzdur. Ancaq indi etdikləri gələcəyinə zərbə vuracaq. Hazırda hüquqşunas səviyyəsində iş gedir.
Arqumentlərimiz kifayət qədər güclü və balanslıdır. Bütün bunların necə bitəcəyini söyləmək çətindir. Onunla maraqlanan klublara gəlincə, agentlər sanki azad agent kimi işləyirlər. Bu yanlış yanaşmadır. O, "Legiya"nın oyunçusudur və bizə heç bir təklif gəlməyib, hələ qarşıda araşdırma olacaq. Bu mübahisəli işdə bizim xeyrimizə oynayan kifayət qədər arqumentlər var".

Digər xəbərlər