Azərbaycandan ilin ilk qızılı

Azərbaycandan ilin ilk qızılı
Digər, Atıcılıq
15 Yanvar 2022 - 12:09
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov ISSF Qran-Pri yarışında qızıl medal qazanıb.

Supersport.Az xəbər verir ki, Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb.

Xəbəri sosial şəbəkə hesabında paylaşan gənclər və idman naziri Fərid Qayıbov "İlin ilk qızılı" yazıb.

Digər xəbərlər