Dadaşov komandasını yarımfınala apardı - Video

Dadaşov komandasını yarımfınala apardı - Video
Futbol, Video
13 Yanvar 2022 - 10:51
Millimizin hücumçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya kubokunda yarımfinala vəsiqə qazanıb.

Supersport.Az xəbər verir ki, Dadaşovun komandası 1/4 finalda "Rio Ave"ni minimal hesabla üstələyərək bu uğura nail olub.

Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub.

Əsas vaxtı qolsuz başa çatan matçın 95-ci dəqiqəsində meydana daxil olan 23 yaşlı hücumçu 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.

"Tondela"nın yarımfinaldakı rəqibi "Portimonense" - "Mafra" cütünün qalibi olacaq.

Digər xəbərlər