Mahir Emreli məşhur klubun siyahısında

Mahir Emreli məşhur klubun siyahısında
Futbol
07 Yanvar 2022 - 23:43
Millimizin və Polşanın “Legiya” klubunun hücumçusu Mahir Emreli Xorvatiyanın ən məşhur klubu sayılan Zaqreb “Dinamo”sunun transfer hədəfindədir.

Supersport.Az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Mahiri  heyətinə qatmaq niyyətindədir.

22 dəfə Xorvatiya çempionu adına layiq görülən, hazırda da çempionatın lideri olan “Dinamo” müdafiənin sol və sağ cinahlarına, o cümlədən hücum xəttinə oyunçu axtarışındadır. Xorvatiya mətbuatı hücum xəttinə əsas namizəd kimi Mahir Emrelini göstərir.

Forvardın bu mövsüm 33 oyuna 11 qol vurması, avrokuboklarda “Budö/Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Lester” (İngiltərə), “Napoli”nin (İtaliya) qapısına yol tapması diqqətdən yayınmayıb.

Qeyd edək ki, Mahir Emrelinin transfer qiyməti 2 milyon avrodur.

Digər xəbərlər