Messi koronavirusa yoluxdu

Messi koronavirusa yoluxdu
Futbol
02 Yanvar 2022 - 23:52
PSJ-nin4 futbolçusunda koronavirus aşkarlanıb.

Supersport.Az-ın klubun saytına istinadən məlumatına görə, testi müsbət çıxan Lionel Messi, Juan Bernat, Serxio Riko və Nathan Bitumazala karantina alınıb.

Mövsüm əvvəli PSJ-yə keçən Messi çempionatda 11 oyunda 1, Çempionlar Liqasında 5 matçda 5 qol vurub.

Bu arada zədəli olan braziliyalı Neymarın müalicəsi yanvarın 9-na kimi ölkəsində davam edəcək. Futbolçunun 3 həftə sonra yenidən məşqi bərpa edəcəyi gözlənilir.

 

Digər xəbərlər