"Neftçi"də ayrılıq

"Neftçi"də ayrılıq
Futbol
02 Yanvar 2022 - 23:40
"İlk növbədə mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum "Neftçi"yə təşəkkür edirəm".

Supersport.Az xəbər verir ki, bunu "Neftçi"dən ayrılaraq Fransa "Şatoru"suna keçən Romen Bask sosial hesabında yazıb.

26 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dakı karyerasının qısa, lakin təcrübə baxımından zəngin olduğunu bildirib: "Fürsətdən istifadə edib hər zaman bizə dəstək olan "Neftçi" azarkeşlərini salamlayıram və onlara uğurlar arzulayıram. "Şatoru" ilə müqavilə imzaladığımız üçün qürur duyuram. Yeni çağırışa başlamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.

Digər xəbərlər