Azərbaycan Milli Olimpiya Komitəsində prezident seçkisi

Azərbaycan Milli Olimpiya Komitəsində prezident seçkisi
Olimpiya, Digər, Eksklüziv
16 Dekabr 2021 - 00:01

Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu gün Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Konfransı keçiriləcək.


Sayca 8-ci hesabat baş məclisində komitənin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un son 5 il ərzində fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək.


Ardından Milli Olimpiya Komitəsinə prezident seçkisi keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyev 1997-ci ildən bu qurumun başçısıdır.


Bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri də məlum olacaq.

Digər xəbərlər