Vilayət Eyvazov federasiya prezidenti oldu

Vilayət Eyvazov federasiya prezidenti oldu
Digər
15 Dekabr 2021 - 18:00
Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Supersport.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov qurumun son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Vilayət Eyvazov göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.

Digər xəbərlər