Çempionlar Liqasının qrup mərhələsində sonuncu – 6-cı tura start verilib.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib. A qrupunda PSJ “Brügge”yə 4:1 hesabı ilə qalib gəlib. Digər matçda “Mançester Siti” “Leyptsiq”ə 1:2 hesabı ilə məğlub olub.
B qrupunda 1/8 finala vəsiqəni təmin edən “Liverpul” səfərdə “Milan” üzərində 2:1 hesablı qələbə qazanıb. “Portu” isə evdə “Atletiko”ya uduzub – 1:3. Bu nəticələrdən sonra “Atletiko” 2-ci pilləyə yüksələrək növbəti mərhələyə adını yazdırıb. “Portu” Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. “Milan” isə avrokuboklarla vidalaşıb.
C qrupunda “Beşiktaş” səfərdə Dortmund “Borussiya” 0:5 hesabı ilə uduzub. Digər matçda qrup qalibi olan “Ayaks” “Sportinq”i 4:2 hesabı ilə udub.
D qrupunda “Real” doğma meydanda “İnter”i 2:0 hesabı ilə məğlub edərək 1/8 finala qrup lideri kimi adlayıb. Qrupun digər oyununda Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən “Şerif” səfərdə Donetsk “Şaxtyor”u ilə heç-heçə edib – 1:1.
A qrupu
21:45. PSJ (Fransa) – “Brügge” (Belçika) – 4:1
Qollar: Kilian Mbappe, 2, 7, Lionel Messi, 38, 76-pen – Mats Rits, 68
21:45. “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 2:1
Qollar: Dominik Soboslai, 24, Andre Silva, 71 – Riyad Mahrez, 71
Qırmızı vərəqə: Kayl Uoker, 83 (“Mançester Siti”)
Xal durumu: “Mançester Siti” – 12, PSJ – 11, “Leyptsiq” – 7, “Brügge” – 4
B qrupu
00:00. “Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) – 1:2
Qollar: Fikayo Tomori, 29 – Məhəmməd Salah, 36. Divok Origi, 55
00:00. “Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) – 1:3
Qollar: Serjiu Oliveyra, 90+6-pen – Antuan Qrizmann, 56, Anxel Korrea, 90, Rodriqo De Paul, 90+2
Qırmızı vərəqə: Yannik Karrasko, 67 (“Atletiko”), Vendell Borjes, 70. Aqustin Marçesin, 75 (hər ikisi “Portu”)
Xal durumu: “Liverpul” – 18, “Atletiko” – 7, “Portu” – 5, “Milan” – 4.
C qrupu
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Beşiktaş” (Türkiyə) – 5:0
Qollar: Doniyell Malen, 29, Marko Roys, 45+2-pen, 53, Erlinq Haaland, 68, 81
Qırmızı vərəqə: Velinton, 43 (“Beşiktaş”)
00:00. “Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) – 4:2
Qollar: Sebastyen Allye, 8-pen, Antoni, 42, David Neres, 58, Stiven Bergeys, 62 – Nunu Santuş, 22. Bruno Tabata, 78
Xal durumu: “Ayaks” – 18, “Sportinq” – 9, “Borussiya” – 9, “Beşiktaş” – 0.
D qrupu
00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya) – 2:0
Qollar: Toni Kroos, 17. Marko Asensio, 79
Qırmızı vərəqə: Nikola Barella, 64 (“İnter”)
00:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Şerif” (Moldova) – 1:1
Qollar: Fernando, 42 – Boban Nikolov, 90+3
Xal durumu: “Real Madrid” – 15, “İnter” – 10, “Şerif” – 7, “Şaxtyor” – 2