"Qarabağ"ın səfər proqramı

"Qarabağ"ın səfər proqramı
Futbol
05 Dekabr 2021 - 13:51
UEFA Konfrans Liqasının qrup mərhələsində son oyununu "Bazel"ə qarşı keçirəcək "Qarabağ"ın səfər planı açıqlanıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan klubu İsveşrəyə dekabrın 7-də saat 18:00-da yola düşəcək.

Oyundan bir gün əvvəl yerli vaxtla 18:45-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 15 dəqiqə sonra isə açıq məşq nəzərdə tutulub.

"Qarabağ" Bakıya oyun gecəsi dönməyəcək. İsveçrədən gecə reysi olmadığı üçün "köhlən atlar" oranı ayın 11-də yerli vaxtla saat 12:00-da tərk edərək Bakıya axşam saatlarında çatacaq.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" oyunu dekabrın 10-da saat 00:00-da başlanacaq.

Digər xəbərlər