“Qızıl top” 7-ci dəfə Messiyə verildi

“Qızıl top” 7-ci dəfə Messiyə verildi
Futbol
30 Noyabr 2021 - 07:00
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.

Supersport.Az xəbər verir ki, bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

Argentinalı forvard karyerası ərzində 7-ci dəfə bu titula sahib çıxıb.

Almaniyanın "Bayern" klubunun polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldo isə 6-cı olub.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top" mükafatını qazanıb.

Digər xəbərlər