"Neftçi"nin prezidentinin istefası gündəmdə: Sadıq Sadıqov yenidən rəhbər ola bilər

"Neftçi"nin prezidentinin istefası gündəmdə: Sadıq Sadıqov yenidən rəhbər ola bilər
Futbol, Eksklüziv
23 Noyabr 2021 - 09:17
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" Futbol Klubunda prezident dəyişikliyi ola bilər.

Buna səbəb çempion komandanın son vaxtlar premyer liqada uğursuz çıxışıdır. Paytaxt təmsiçisi üç oyundur ki, meydanı məğlub tərk edib. Bakı klubu hazırda 11 turdan 17 xalla turnir cədvəlində 4-cüdür.

Yaxın günlərdə "Neftçi"nin prezidenti Kamran Quliyevin istefaya göndərilib əvəzinə Sadıq Sadıqovun gətiriləcəyi bildirilir. S.Sadıqov 2009-2015-ci illərdə bu klubun rəhbəri olub. Həmin müddətdə"Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.

Digər xəbərlər