Bakının İdman Baş İdarəsində zəfərlə bağlı "Qarabağ"ın iştirakıyla möhtəşəm tədbir - Video

Bakının İdman Baş İdarəsində zəfərlə bağlı "Qarabağ"ın iştirakıyla möhtəşəm tədbir - Video
Futbol, Eksklüziv, Video
22 Noyabr 2021 - 20:00
Supersport.Az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində zəfərlə bağlı qurumun rəisi Raqif Abbasov, "Qarabağ"ın direktoru Emrah Çelikel, baş məşqçisi Qurban Qurbanov, futbolçu Qara Qarayevin, azarkeşlərin iştirakıyla təşkil olunan möhtəşəm tədbiri canlı təqdim edib. R.Abbasovun açılış çıxışı zamanı Qarabağ zəfəri, Ağdamın erməni işğalından azad olunmasının 1-ci ildönümünə, "Qarabağ"ın beynəlxalq yarışlarda uğurlu çıxışına həsr olunduğunu bildirib. Hamı Azərbaycan Dövlət Himnini canlı oxuyub, ardından tədbir başlayıb. Məktəbli Nurgül Cəfərsoy Azərbaycanın zəfəriylə bağlı şer deyib. Baş İdarə "Qarabağ"ın fəaliyyətini təbliğ edən media nümayəndələrini, həmçinin azarkeşləri mükfatlandırıb. Onlara Azərbaycan bayrağı, diplom, top hədiyyə olunub.


 

Digər xəbərlər