Su İdmanı Sarayında açıq birincilik

Su İdmanı Sarayında açıq birincilik
Futbol
18 Oktyabr 2021 - 16:01
Gənclər və İdman Nazirliyinin dəstəyi, Su İdmanı Sarayı və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə üzgüçülük üzrə respublika açıq birinciliyi keçirilib.

Supersport.Az xəbər verir ki, yarışda respublikanın müxtəlif klublarından ümumilikdə 400 nəfərdən çox idmançı iştirak edib.

Yaş kateqoriyaları 2007-2008, 2009-2010 və 2011-dən kiçik olan idmançılar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, arxası üstə, batterflay, brass və qarışıq üsullarda bacarıqlarını nümayiş etdiriblər.

Su İdmanı Sarayının mətbuat katibi Elnarə Əliyevanın saytımıza veriyi məlumata görə, xüsusi normativləri yerinə yetirən idmançilara Su İdmanı Sarayı tərəfindən müəyyən bonuslar və təqaüd ayrılacaq.

Digər xəbərlər