Azərbaycanlı nazir səfirlə görüşdü

Azərbaycanlı nazir səfirlə görüşdü
Digər
14 Oktyabr 2021 - 15:41

Supersport.Az-ın məlumatına görə, oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb.



Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.



Görüş zamanı hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələrimiz arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər