"Zəfəri Türk dünyası şəhidlərinə həsr edirəm" - dünya çempionu Rafiq Hüseynov - Video

"Zəfəri Türk dünyası şəhidlərinə həsr edirəm" - dünya çempionu Rafiq Hüseynov - Video
Digər, Güləş, Video
09 Oktyabr 2021 - 12:25
[caption id="attachment_126075" align="alignnone" width="1024"] GR 82kg Podium Gold: Rafig HUSEYNOV (AZE) Silver: Burhan AKBUDAK (TUR) Bronze: Pejman Soltanmorad POSHTAM (IRI) ,Adlan AKIEV (RWF)[/caption]

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda dünya çempionatının finalında türkiyəli Burhan Akbudaka qalib gəldikdən sonra dünya güləş qurumunun kanalına açıqlama verib.

33 yaşlı pəhləvanımız azərbaycanca zəfəri Türk dünyasının şəhidlərinə həsr etdiyini bildirib:

"Dünya çempionu olduğum üçün çox sevinirəm. Şadam ki, arzuma, verdiyim sözə çatdım. Bu zəfəri Türk dünyası şəhidlərinə həsr edirəm".

Dünya çempionumuz qələbəni qeyd edərkən Azərbaycan, Türkiyə bayrağına bürünüb.

Digər xəbərlər