"Qarabağ" "Bazel"lə xalları böldü

"Qarabağ" "Bazel"lə xalları böldü
Futbol
16 Sentyabr 2021 - 22:37
Supersport.Az-ın məlumatına görə, bu gün "Qarabağ" Avropa Konfrans Liqasının qrup mərhələsində ilk oyununda İsveçrə "Bazel"i ilə üz-üzə gəlib.


Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqiblə Bakı Olimpiya Stadionunda qarşılaşıb. Konfrans Liqasında məğlubiyyət tanımayan "Qarabağ" qrup mərhələsində də uğurlu seriyanı davam etdirməyə çalışıb. Ağdam klubu rəqibindən üstün oynasa da, xalları bölüb.


H qrupunun digər oyununda "Kayrat" (Qazaxıstan) "Omoniya"nı (Kipr) qəbul edib. Oyun qolsuz bitib.


Avropa Konfrans Liqası


H qrupu


16 sentyabr


20:45. "Qarabağ" - "Bazel" 0-0


Baş hakim: Erik Lambrexts (Belçika).

Bakı Olimpiya Stadionu.

Digər xəbərlər