Paralimpiya oyunlarında ilk qızıl medal

Paralimpiya oyunlarında ilk qızıl medal
Digər
27 Avqust 2021 - 12:01
Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Supersport.Az xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Sandrin Martine ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub. Bu, ölkəmizin paralimpiadada ilk qızı medalı olub.

Qeyd edək ki, ötən gün pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Digər xəbərlər