"Qarabağ" yeni tarix yazmağa getdi - Şəkil

"Qarabağ" yeni tarix yazmağa getdi - Şəkil
Futbol, Foto
24 Avqust 2021 - 19:00
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlandiyaya yollanıb.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, komandanı Aberdin şəhərinə aparacaq təyyarə 6 saat uçuş edəcək.

Baş məşqçi Qurban Qurbanov avqustun 25-də yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək.

"Köhlən atlar"ın son məşqi isə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Pittodri” stadionunda baş tutacaq.

Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Digər xəbərlər