Yaponiyada Azərbaycana haqsızlıq: Hacı Əliyev uduzduruldu

Yaponiyada Azərbaycana haqsızlıq: Hacı Əliyev uduzduruldu
Digər, Güləş, Foto
07 Avqust 2021 - 15:07


TOKYO, JAPAN - AUGUST 07: Takuto Otoguro of Team Japan competes against Haji Aliyev of Team Azerbaijan during the Men's Freestyle 65kg Final on day fifteen of the Tokyo 2020 Olympic Games at Makuhari Messe Hall on August 07, 2021 in Tokyo, Japan. (Photo by Naomi Baker/Getty Images)

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020-nin finalında yapon Takuto Otoquroyla qarşılaşıb. 

Supersport.Az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi güləşə zidd hərəkətlər edib, 3-4 dəfə kəllə vursa, cırmaq atsa da, hakimlərin ədalətsizliyilə üzləşib. Halbuki Hacıya 1 xal verilməli, Takuto sarı vərəqəylə cəzalanmalı idi. İlk hissədə orta hakim həmvətənimizə xal versə də, nəzərə alınmayıb. Üç sarı vərəqə alan idmançı da məğlub olur. Bundan başqa, Əliyevin 2 xallı fəndi hesaba alınmayıb. Buna görə də Yaponiyada Azərbaycan pəhləvanı uduzdurulub. Son nəticədə Hacı Əliyev 4:5 hesablı məğlubiyyətə düçar edilib və gümüş medalla kifayətlənib. Görüşün hakimləri alman Ceffri Şpigel, belaruslu Valeri Tsılents, həmçinin amerikalı rəhbər Samuel Culian olub.

Qeyd edək ki, H.Əliyev bundan əvvəlki mərhələlərdə Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gələrək finala yüksəlmişdi.

H.Əliyev 2016-cı ildə keçirilən Olimpiadada bürünc medal qazanmışdı.

 


Digər xəbərlər