“Neftçi” hazırlığı bərpa etdi

“Neftçi” hazırlığı bərpa etdi
Futbol
06 Avqust 2021 - 13:01
UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” qarşılaşacağı HİK-lə cavab matçının hazırlığına başlayıb.

İlk oyunun ertəsi bərpa məşqi keçib, sonrakı gün istirahət edən komandanın üzvləri bu gün səhər klubun inzibati binasının yerləşdiyi bazada məşqə çıxıblar. Fitnes zalında müxtəlif fiziki təmrinlər edən futbolçular meydanda toplu çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, HİK-lə cavab görüşü avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək.

Digər xəbərlər