"Qarabağ" yenə qrupa düşüb azarkeşləri sevindirməyə çalışacaq" - Qurban Qurbanov

Futbol, Eksklüziv
31 İyul 2021 - 07:31
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Aşdod"u kənarlaşdıraraq vətənə dönən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakı beynəlxalq hava limanında Supersport.Az-a eksklüziv açıqlama verib.
Təcrübəli mütəxəssis, hər iki oyunda komandasının üstün oynadığını, qələbəyə layiq oluğunu bildirib.
"Qarabağ"ın əsas çalışdırıcısı, üçüncü təsnifat mərhələsində AEL-i də ciddi rəqib hesab edir.
"Bu komanda ciddi rəqibdir. Bilirsiniz ki, heyətdə zədə səbəbindən say olaraq problemlə üzləşmişik. Digər tərəfdən, Maksim Medvedev cəzalıdır. Rəqibin oyununu tam təhlil etdikdən sonra fikirlərimizi, planlarımızı açıqlayacağıq. Bir daha bildirim ki, AEL ciddi komandadır. Səhv etmirəmsə, rəqibin 20 legioneri var. İsrail, Kipr çempionatı son zamanlar inkişafdadır. Hər bir halda problemlərimiz olsa da, növbəti oyuna qələbə qazanmaq üçün gedəcəyik".
"Qarabağ", azarkeşləri qrup mərhələsinə öyrəşdirib. Necə düşünürsünüz, bu dəfə də istəyi reallaşdırmaq mümkün olacaqmı" sualını Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov belə cavalandırıb:
"Mən dəfərlərlə bilirmişəm ki, futbolu azarkeşlərimiz üçün oynayırıq. Fanatları düşünməsək, oyunlarımız nə maraqlı, nə də uğurlu olar. Bütün məqsəd, fikir, diqqətimiz azarkeşlərimizi sevindirməkdir. Qrup mərhələsinə düşmək məsələsinə gəlincə, hər yarışda ən yaxşı nəticə göstərməyə çalışırıq. Bu turnirdə də ilk növbədə bu istəyimizi reallaşdırmaq istəyirik. Son vaxtlar futbolda düşünmədiyimiz nəticələr çox olur. Təcrübəli komandamız var. Problemlərimizi düşünmədən növbəti rəqibi də keçmək üçün bütün gücümüzü sərf edəcəyik".
Mütəxəssis, maksimum hədəfə çatmaq üçün minimum məqsədin hər oyunda qalib gəlmək olduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçını "Qarabağ" avqustun 5-də səfərdə AEL-ə qarşı keçirəcək.
Anar Cəfərsoy