"Sabah" yenə uduzdu

"Sabah" yenə uduzdu
Futbol
27 İyul 2021 - 10:17
Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Bakı təmsilçisi 3-cü sınağında yerli "Telavi" klubu ilə qarşılaşıb.

Görüş Ramin Quliyevin baş məşqçi olduğu kollektivin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Abdulla Xaybulayev vurub.

Qeyd edək ki, "Sabah" qonşu ölkədəki ilk iki görüşündə "Şukura"ya 1:0 hesabı ilə qalib gəlib, "Samqurali"yə isə uduzub - 0:1.

Digər xəbərlər