Eksklüziv: Mahir Emrelidən məyusedici xəbər

Eksklüziv: Mahir Emrelidən məyusedici xəbər
Futbol, Eksklüziv
24 İyul 2021 - 01:55
Supersport.Az-ın əldə etdiyi məlumata görə, “Legiya”nın əsas silahlarından olan Mahir Emrelinin səhhətində problem ortaya çıxıb.

“Qarabağ”ın keçmiş, millimizin futbolçusu, bu haqda saytımızın Avropa təmsilçisi Vüsal Şirəliyevə xəbər verib.

M.Emreli qripə yoluxduğunu, boğaz ağrısı, burnunda tutulma olduğunu bildirib. Futbolçu hazırda evdə müalicə olunur.

Mahir məlum səbəbdən bu gün Polşa çempionatının ilk turunda Varşavada “Legiya”nın Plotsk “Visla”sıyla oyununu buraxacaq.

Forvardın iyulun 27-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Estoniyada “Flora”ya qarşı keçiriləcək matçda iştirakı sual altındadır. Varşavada keçirilən ilk qarşılaşma “Legiya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir özünü narahat hiss etdiyindən 56-cı dəqiqədə əvəz olunub.

 

 

Digər xəbərlər