"Neftçi"nin məğlubiyyəti, forvardının burnunun sınması - Video

"Neftçi"nin məğlubiyyəti, forvardının burnunun sınması - Video
Futbol, Video
22 İyul 2021 - 00:54
Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununda "Neftçi" Yunanıstanın Pirey şəhərində "Olimpiakos"a məğlub olub. Azərbaycan klubu qolkiper Aqil Məmmədovun kobud səhvindən uduzub. "Olimpiakos"un futbolçusu Medi Kamaranın vurduğu top qolla nəticələnib.

Medi Kamara ayaq zərbəsiylə "Neftçi"nin hücumçusu Namiq Ələsgərovun burnunu zədələyib. Kamara meydandan qovulub. Namiqin burnu sınıb.


Görüşü stadionun ümumi tutumunun 80 faizi qədər - təxminən 26 minədək tamaşaçı izləyə bilib. Bu, Yunanıstan hökumətinin müvafiq qərarından və 1,5 ildən sonra azarkeşlərin iştirakı ilə ilk görüş olub.

Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) 1-0

Qol: Medi Kamara 28.

Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (hamısı Portuqaliya)

Pirey, "Georgios Karaiskakis" stadionu.

Digər xəbərlər