"Neftçi"nin potensial rəqibi məlum oldu

"Neftçi"nin potensial rəqibi məlum oldu
Futbol
19 İyul 2021 - 14:09
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizi turnirində təmsil edən "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" 2-ci mərhələdə Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Mura” (Sloveniya) - “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" ilk matçını evdə oynayacaq.

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.

Digər xəbərlər