"Neftçi"nin yeni legionerləri məşqdə

"Neftçi"nin yeni legionerləri məşqdə
Futbol
18 İyul 2021 - 22:21
"Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos”la oyun üşün hazırlığı davam etdirir.

Supersport.Az xəbər verir ki, Tiflis "Dinamo”su ilə cavab matçının ertəsi bərpa məşqi keçib, sonrakı gün istirahət edən komandanın üzvləri dünən və bu gün klubun bazasında məşqə çıxıblar.

Hər iki hazırlıq prosesində yeni transferlər – Romen Bask və Huqo Basto da iştirak ediblər.

Qeyd edək ki, "Olimpiakos”la ilk oyun iyulun 21-də "Georgios Karaiskakis” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Digər xəbərlər