Mahir Emreli: "Legiya" ilk oyunda udsa da, favorit deyil" - Video

Mahir Emreli: "Legiya" ilk oyunda udsa da, favorit deyil" - Video
Futbol, Eksklüziv, Video
13 İyul 2021 - 11:00
Supersport.Az-ın əməkdaşı Polşanın "Legiya" klubunun formasını geyən millimizin futbolçusu Mahir Emrelidən Varşavada açıqlama alıb.


"Qarabağ"ın keçmiş üzvü, hazırki komandasının Çempionlar Liqasında Norveçin "Bodo" kollektiviylə cavab oyunu ərəfəsində şansları dəyərləndirib.

Forvard hesab edir ki, ilk qarşılaşmada 3:2 hesabıyla qələbə qazanmalarına rəğmən, "Legiya" favorit deyil.

"Bodo" çox sürətli, təşkilatlanmış, dinamik komandadır, topa daha çox nəzarət etməyə cəhd edir. Proqnoz verməyi xoşlamıram. İlk oyunda qalib gəlsək də, cavab oyunu da çətin olacaq. Bizim vəzifəmiz oyunlara maksimum güclə hazırlaşmaq, rəqibi təhlil edib, uğur qazanmağa çalışmaqdır. Heç bir nəticə asan olmur. Futbolda gözlənilməz hesablar olur. Səfər qolu da ləğv olunub. Hesab edirəm ki, ilk oyunda qələbə qazansaq da, favorit deyilik. Hesabı da qaneedici saymıram. Azarkeşlərimizi sevindirmək borcumuzdur".    

Mahir Emreli qolları sıralasa da, yeni komandasına tam uyğunlaşmadığını, səhvlərini aradan qaldırmağa çalışdığını bildirib:

"Qol vurmaqla iş bitmir. Baş məşqçinin digər tələblərini də düzgün yerinə yetirməliyəm. Səhvlərimi aradan qaldırmağa çalışıram. Komandama daha çox faydalı olmalıyam".  

Vüsal Şirəliyev, Varşava

 

 

 

Digər xəbərlər