Londonda "Qarabağ" futbol yarışı - Şəkil

Londonda "Qarabağ" futbol yarışı - Şəkil
Futbol, Foto
12 İyul 2021 - 13:51
Britaniya Azərbaycanlıları Assosiasiyasının və qurumun fəallarından olan İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində "Qarabağ Kuboku" adlı mini-futbol yarışı keçirilib.

Britaniya Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Toğrul Bağırovun Supersport.Az saytına verdiyi xəbərə görə, yarışda yeddi komanda - "Qarabağ", "Kaspian", "Dəmir yumruq", "Bozd qurd", "Old Centlemen", "Bayraktar" və "Mançester Polad" mübarizə aparıb. Onlardan 6-sı Londonu, biri Mançesteri təmsil edib. Dairəvi sistem üzrə keçirilən turnirdə ilk iki yeri tutan komandalar finalda üz-üzə gəliblər.

Həlledici görüşdə "Qarabağ" komandasına qalib gələn "Kaspian" baş mükafata sahib çıxıb.

Fərqlənən komandaların üzvlərinə üzərində Qarabağın rəmzi sayılan Xarı bülbül əks olunmuş medallar təqdim edilib.











 

 

Digər xəbərlər