“Qarabağ” Avstriyada məşqə çıxdı - Şəkil

“Qarabağ” Avstriyada məşqə çıxdı - Şəkil
Futbol, Foto
04 İyul 2021 - 23:58

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qarabağ” yeni mövsümə hazırlığın ikinci mərhələsi başlayıb.


Supersport.Az xəbər verir ki, bu gün Avstriyaya yola düşən Ağdam təmsilçisi artıq bu ölkədə ilk məşqinə də çıxıb.

Tirol şəhərində məskunlaşan komanda günü axşam hazırlığı ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın SSKA (Sofiya), 11-də Rusiyanın “Arsenal” (Tula), 15-də isə Almaniyanın “Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.

Digər xəbərlər