De Byazinin favoritləri

De Byazinin favoritləri
Futbol
14 İyun 2021 - 12:07
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatındakı favoritlərini açıqlayıb.

Supersport.Az xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliya, İngiltərə, Fransa və Belçikanı fərqləndirib. O,  İngiltərənin Xorvatiyanı 1:0 hesabı ilə məğlub etdiyi görüşün kifayət qədər darıxdırıcı alındığını, amma qələbənin layiqli olduğunu vurğulayıb. De Byazi Belçika yığmasının Rusiyanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubl edən Romelu Lukakunu qeyri-adi və fiziki baxımdan qarşısıalınmaz futbolçu adlandırıb.

Baş məşqçinin fikrincə, İtaliyanın Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı əsas tutaraq, bununla kifayətlənməmək və müəyyən hesablamalar aparmamaq lazımdır:

“İtaliya çox yaxşı oynayır və topa sahib olur. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadır”.

İtaliyalı mütəxəssisin dördüncü favorit komandası olan Fransa millisi ilk görüşünü iyunun 15-də Almaniyaya qarşı keçirəcək.

Digər xəbərlər